• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Məmmədov VAR-a güvəndi, Əhmədov yox - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

8-12-2022, 12:0

Misli premyer-liqasının 16-cı turu da geridə qaldı.

Football-plus.az xəbər verir ki, bu dəfə də bir-birindən maraqlı oyunların şahidi olduq. Rəsmi cəzalar baxımından turun nisbətən sakit keçdiyini demək mümkündü. Gərgin keçən turda hakimlər ümumilikdə 13 dəfə əlini cibinə atmağa məcbur oldu. Turda 2 qırmızı vərəqə də qeydə alındı. “Sabah” – “Şamaxı” matçında hər iki komandadan bir futbolçu birbaşa “qırmızı” ilə cəzalandı. “Kəpəz”lə matçda “Sumqayıt”ın bir futbolçusu ikinci “sarı” ilə meydandan kənarlaşdırıldı. Turun ən intizamlı komandası kimi “Qarabağ”, “Qəbələ”, “Kəpəz” və “Zirə”ni qeyd etmək olar. Bu kollektivlərdə yalnız bir futbolçu sarı vərəqə ilə cəzalanıb. Ən kobud komanda isə “Şamaxı”dı. “Şirlər”in heyətində iki futbolçu “sarı”, biri isə “qırmızı” aldı. Reportyorlarımızın qeydlərinə keçid alaq.

Zirə - Turan Tovuz, İNQİLAB MƏMMƏDOV
İnqilab Məmmədov oyunu yaxşı idarə etdi desək, yalan olar. Referi bəzi məqamlarda səhvə yol verir, sonradan isə bunu “sığortalamağa” çalışırdı. Hər iki baş məşqçi də oyun ərzində onun qərarlarına etiraz etdi. Penalti epizodundan öncə Rəhim Sadıxov yerdə qalsa da, hakim davam işarəsi verdi. 11 metrlik cərimə zərbəsini təyin etməsi belə onun hökmü ilə olmadı. VAR-dan gələn bildirişdən sonra “nöqtə”ni göstərdi. Qısası, Məmmədov oyunu istənilən səviyyədə idarə etmədi.

Sabah – Şamaxı, RƏVAN HƏMZƏZADƏ
Rəvan yenə öz ampluasında idi. Şəkili referi adətinə uyğun futbolçulara sərt oynamağa imkan verirdi. Düzdü, bu bəzən “Sabah”ın baş məşqçisi Murad Musayev tərəfindən heç də xoş qarşılanmırdı. Ancaq Həmzəzadə sərtliklə kobudluğun arasında sərhəddi müəyyənləşdirə bilirdi. Şəkili referinin matçboyu ən diqqətçəkən səhvi “Şamaxı”nın futbolçusu Elçin Mustafayev meydandan qovularkən paltardəyişmə otağına yollanmamış oyunu başlaması oldu. Halbuki Kristian Sebalyosun epizodunda baş hakim sona kimi ispanın meydanı tərk etməsini gözləmişdi.

Qəbələ - Səbail, RƏŞAD ƏHMƏDOV
Qarşılaşmanın soyuq, yağışlı və dumanlı havada keçməsi yalnız futbolçuların yox, həm də hakimlər briqadasının işini çətinləşdirdi. Buna rəğmən, Rəşad Əhmədovun rəhbərlik etdiyi ədalət təmsilçiləri maksimum peşəkarlığını ortaya qoydu. Referi oyununu dinamikasını qorumağa çalışdı. Yersiz dayanmalara imkan vermədi. Matçboyu əlini 3 dəfə cibinə atdı. Yalnız “Qəbələ”nin ikinci qolu mübahisə doğurdu. Hücumun əvvəlində top Asif Məmmədovun əlinə dəymişdi. Mərkəzi göstərən Əhmədov VAR-a baxandan sonra da qərarını dəyişmədi.

Neftçi – Qarabağ, ELÇİN MƏSİYEV
Baş hakim ilk dəqiqələrdən olduqca rahat idi. O, oyuna tez-tez müdaxilə etmir, yalnız ciddi qayda pozuntuları zamanı fitini səsləndirirdi. FİFA referisi qarşılaşmanın ilk hissəsini olduqca səliqəli idarə etdi ki, 45 dəqiqənin sonunda əlavə vaxta ehtiyac duymadı. Fasilədən sonra da oyuna tam nəzarət edirdi. Verdiyi qərarlar zamanı olduqca qətiyyətli idi. Bu da futbolçuların kobud oynamasının qarşısını alırdı. Ümumiyyətlə, referi 90 dəqiqə ərzində oyunu ideala yaxın idarə etdi.

Kəpəz – Sumqayıt, TURAL QURBANOV
Gənc referinin matçboyu, demək olar ki, yaddaqalan səhvi olmadı. Qonaqların futbolçusu Vüqar Mustafayevi meydandan kənarlaşdırmaqda da haqlı idi. Çünki yarımmüdafiəçi rəqibin əks-hücumunun qarşısını kobudluqla almışdı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-10-2022, 15:0

İnqilab Məmmədov əsas söz sahibi olduğunu unutdu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

18-11-2022, 13:0

Fərid Hacıyev turun mərkəzi oyununun öhdəsindən gəldi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

27-09-2022, 11:0

FİFA referisi və briqadası “ənənəyə sadiq qaldı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

20-10-2022, 13:0

Əliyar Ağayevi Rəvan Həmzəzadə “yandırdı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

7-10-2022, 15:0

Heç kim “imtahandan kəsilmədi” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
Son xəbərlər
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə