"Şamaxı" Rüstəm Əliyevlə yolları ayırıb? - ÖZÜ AÇIQLADI

7.12.2022 21:30 529
Premyer-liqa / Manşet
Xatırlayırsızsa, "Şamaxı"da mövsümün əvvəlində kütləvi dəyişiklər oldu.

Həm rəhbərlik dəyişdi, həm də bir çox futbolçularla yollar ayrıldı. Klubun strategiyası da başqa cür formalaşmağa başladı. Yeni rəhbərlik ancaq yerli futbolçulara güvənmək qərarı verdi. Ən qəliz məsələ isə baş məçqçi ilə bağlı idi. Köhnə rəhbərlik Rüstəm Əliyevlə müqavilə bağlamışdı. Sonradan komandanın baş məçqçisi Vüqar Əsgərli oldu. Rüstəm Əliyevlə Cavid Hüseynov ona köməklik edəcəkdi. Lakin 16 tur geridə qalsa da, Əliyevi komandanın oyunlarında görmürük. Gənc mütəxəssis "Şamaxı"dan ayrılıb? Rüstəm Əliyev "Football-plus.az"a açıqlamasında məsələyə belə aydınlıq gətirdi:

"Şamaxı" mənim klubumdu. Mən burda çalışıram. Mövsümün əvvəlində rəhbərliklə görüşdük. Qərar verildi ki, burda köməkçi olub. Ola bilər ki, oyunlarda görünməməyim sizə qəribə gəlib. Lakin mən rəqibləri təhlil etmək işinə baxıram. Bundan əlavə, akademiyada olan istedadlı futbolçuların axtarışındayam. Özünü yaxşı tərəfdən göstərənlərlə bağlı məlumatı baş məşqçiyə ötürürəm. Yəni, "Şamaxı"da işim davam edir. Burdayam. Heç yerə getməmişəm. Hər şey qaydasındadı".


İLKİN SULTANLI