Rüstəm Əliyevin müqaviləsində dəyişiklik olmayıb - AÇIQLAMA

27.07.2022 22:11 435
Ölkə futbolu / Manşet
Məşqçilər korpusunda xeyli dəyişiklik edən “Şamaxı” sabiq çalışdırıcı Rüstəm Əliyevlə də münasibətlərə aydınlıq gətirdi.

Lakin redaksiyamıza daxil olan məlumata görə, Cavid Hüseynov Əliyevin təyinatının əleyhinə olub və rəhbərliyə etirazını bildirib. Rəhbərlik isə ona ortada müqavilənin olduğunu xatırladıb. Amma bu da 34 yaşlı məşqçini fikrindən daşındırmaq üçün kifayət etməyib. Belə olan halda isə “Şamaxı” rəhbərliyi maraqlı addım atıb. Aylıq maaşı 4 min manat olan Əliyevlə söhbət edərək, birillik müqavilənin müddətini daha bir il uzadaraq, ona ayda 2 min manat ödəyəcəklərini bildiriblər.

Məlumatı dəqiqləşdirmək üçün klubun baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq:

“Bu xəbər həqiqəti əks etdirmir. Rüstəm Əliyev komandanın məsqçilər korpusunda yer alıb. Onunla bağlananan müqavilədə heç bir dəyişiklik olmayıb".


Mövsümün startı ərəfəsində “şirlər”in tədimatı olacaq və heyətlə bağlı bütün məlumatlar həmin tədbirdə veriləcək. Görəsən, təqdimat mərasimi nə vaxt baş tutacaq. İsmayılovu dinləyək:

"Hazırda bu məsələ ilə bağlı müzakirələr davam edir. Yəqin ki, yaxın günlərdə dəqiq tarix açıqlanacaq".


ŞAİR ABDULLA