"Şamaxı"nın yeni baş məşqçisi məlum oldu - RƏSMİ

14.07.2022 15:20 1 356
Aktual / Ölkə futbolu
Məlum olduğu kimi, Cavid Hüseynovun "Şamaxı"ya keçidi müzakirə olunsa da, rəsmiləşməmişdi.

Eyni zamanda, başqa bir neçə məsələ hələ də həllini tapmayıb. Bir qədər öncə klubun yaydığı bəyanatda isə bəzi yeni təyinatlar rəsmiləşib. "Football-plus.az" bəyanatı təqdim edir:

"Şamaxı FK bildirir ki, hal-hazırda əsas komandanın məşqçi və futbolçu heyətinin formalaşdırılması ilə bağlı zəruri hüquqi prosedurların icrası həyata keçirilir.

Artıq Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilmişdir.

Eyni zamanda, Rüstəm Əliyev ilə əvvəllər imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.

Digər vacib bir təyinat klubun baş meneceri ilə bağlıdır. Bu vəzifəni Kamran İsmayılov icra edəcək.

Digər təyinatlar, komandanın məşqçi və oyunçu heyətinin formalaşdırılması ilə bağlı yeniliklər barədə Şamaxı FK ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat verəcəkdir".