"Şamaxı"nın yeni baş məşqçisi məlum oldu

24.05.2022 16:45 979
Premyer-liqa
“Şamaxı”nın İdarə Heyəti Rüstəm Əliyevin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, Rüstəm Əliyev ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, R. Əliyev Sənan Qurbanovun istefaya göndərildiyi apreldən komandaya rəhbərlik edir.

Qeyd edək ki, "Futbol+" qəzeti bu xəbəri 2 gün öncə vermişdi.