DÇ-2022-nin oyunlarını qəbul edən stadionların tamaşaçı tutumu ilə bağlı qəribə məqam ortaya çıxıb.
Football-plus.az xəbər verir ki, çox keçmədən bu məsələyə aydınlıq gəlib.
Turnirin Qətər – Ekvador açılış matçını (0:2) 67302 tamaşının izlədiyi açıqlanmışdı. Halbuki mundialdan əvvəl “Əl-Beyt” stadionunun tutumu 60000 yerlik göstərilmişdi. İngiltərə - İran (6:2) və Niderland – Seneqal (2:0) oyunlarında da buna bənzər hala təsadüf olunmuşdu. A
rtıq bu planda dəqiqləşdirmələr aparan FİFA Əl-Haur şəhərindəki “Əl-Beyt” arenasının 68895, “Xəlifə”nin 45857, “Əl-Tumama”nın 44400, “Əhməd bin Əli”nin 45032, “Lusail”in 88966, “Stadion 974”ün 44089, “Edyukeyşn Siti”nin 44667, “Əl-Cənub”un isə 44325 yerlik olduğuna aydınlıq gətirib.