Açılış matçını izləyənlərin sayı açıqlandı

21.11.2022 12:25 401
DÇ 2026
Qətərdə keçirilən DÇ-2022-nin açılış matçını - Qətər - Ekvador oyununu stadiondan 67 372 tamaşaçı izləyib.

"Football-plus.az" xəbər verir ki, bu, rəsmi protokollarda qeydə alınan və stadionda diktor tərəfindən açıqlanan azarkeşlərin sayıdır. Maraqlıdır ki, dünya çempionatının açılış matçının keçirildiyi "Əl-Beyt" arenasının tamaşaçı tutumu 60 min nəfərlikdir. Daha 7,4 min nəfərin necə yerləşdirildiyi isə məlum deyil.

Xatırladaq ki, dünən - noyabrın 20-də dünya çempionatının açılış matçı keçirilib. Ev sahibi Qətər Ekvadora 0:2 hesabı ilə uduzub. Mundial dekabrın 18-dək keçiriləcək.