FİFA DÇ-2022-nin təqvimində kiçik dəyişiklik edib.
Təşkilatın rəsmi saytının məlumatına görə, turnirin açılış oyunu ev sahibi Qətər yığması ilə Ekvador arasında olmayacaq. İlk matçda Seneqal və Niderland qarşılaşacaq. Bu oyun noyabrın 21-də Bakı vaxtı ilə saat 14.00-da başlayacaq. Qətər - Ekvador matçı isə həmin gün Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.