Mundial üçün nə qədər bilet satılıb?

23.10.2022 10:50 368
DÇ 2026
Bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün satılan biletlərin sayı açıqlanıb. Məlumatı FİFA-nın saytı yayıb.

Bu mənbənin xəbərinə görə, oktyabrın 20-nə kimi 2,89 milyon bilet satılıb. Biletlərə ən çox maraq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Böyük Britaniya, Meksika, Braziliya, Argentina və Almaniyadan olub. DÇ-2022-nin final mərhələsi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Matçlara 5 şəhərdəki 8 stadion səhnə olacaq. Mundialın açılış matçında A qrupunda Qətər və Ekvador yığmaları qarşılaşacaq.