Qətər dünya çempionatına 300 milyard (!) dollar xərcləyib!

20.11.2022 13:10 501
DÇ 2026
Qətərin 12 il ərzində futbol üzrə dünya çempionatının hazırlığına xərclədiyi məbləğ bəlli olub.

Football-plus.az "Bloomberg"ə istinadən xəbər verir ki, ölkə mundial üçün 300 milyard ABŞ dolları xərcləyib. Turnirin Qətərdə təşkili 2010-cu ildə təsdiqlənib. Həmin vaxtdan sonra paytaxt Dohada yeni stadionlar, otellər və başqa obyektlər tikilib. Təşkilatçılar FIFA-nın yarışdan rekord gəlir əldə edəcəyini düşünür.