Rusiyaya məlum səbəbdən tətbiq edilən sanksiyalar bu ölkənin ən zəngin adamlarını böyük ölçüdə ziyana salıb.
“Spartak”ın sahibi Leonid Fedun ilə klubun əsas sponsoru olan “Lukoyl”un həmsahibi Vahid Ələkbərov varidatının çox hissəsini itiriblər. “RİA Novosti”nin “Bloomberg” İqtisadi Agentliyinə istinadla yaydığı məlumata görə, Fedun sərvətinin təxminən 80 faizindən məhrum olub. İndi onun sərvəti 1,7 milyard dollara bərabərdi.
Halbuki “Spartak”ın sahibi sanksiyalardan əvvəl 8,5 milyard dollarlıq aktivə malik idi.
“Bloomberg” Ələkbərovun Rusiyanın milyarderləri arasında daha çox ziyana düşdüyünü qeyd edib. 71 yaşlı soydaşımız sanksiyaların mənfi təsiri nəticəsində 17,2 milyard dollar itirib. “Lukoyl”un prezidentinin sərvəti 22,5 milyard dollardan 5,3 milyarda qədər azalıb.