Dünya çempionatı üçün 208 milyard avroluq xərc

29.09.2022 14:17 397
Dünya futbolu
Bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün xərclənən vəsait açıqlanıb.

Football-plus.az xəbər verir ki, təşkilatçı ölkə təxminən 208 milyard avro xərcə düşüb.

İngiltərədə çıxan “The Sun” qəzetinin məlumatında bunun Rusiyada 2018-ci ildə keçirilən mundiala xərclənən məbləğdən təxminən 17 dəfə çox olduğu vurğulanır.

Rusiya dünya çempionatına evsahibliyi üçün 13 milyard avro xərcləmişdi. Yeri gəlmişkən, DÇ-2022-nin final mərhələsi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.