"Liverpul" Maneni satası olmadı

6.06.2022 12:33 553
Dünya futbolu
İngiltərənin "Liverpul" klubu futbolçusu Sadio Maneni Almaniya "Bavariya"sına satmaqdan imtina edib.

"Football-plus.az" xəbər verir ki, Münhen təmsilçisinin 30 yaşlı oyunçu üçün göndərdiyi təklif mersisaydlıları qane etməyib.

Almaniya çempionu seneqallı forvard üçün 21+4 milyon funt-sterlinq ödəmək istəyib. "Liverpul" isə bunu çox aşağı məbləğ sayıb.

Daha əvvəl "Bavariya"nın oyunçu ilə şəxsi razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən "Liverpul"da çıxış edir. Onun komanda ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.