“Səbail” rəsmisi: “Aşkar intizamsızlıq edən, islah olmaq istəməyən futbolçu...”

10.11.2022 17:11 494
Premyer-liqa / Manşet
Tərlan Əhmədovun "Kəpəz"ə gələndən sonra Rauf Əliyevi komandadan kənarlaşdırması, forvardın isə baş məşqçi barədə mətbuatda aşağılayıcı ifadələrə yol verməsi futbol camiəsində birmənalı qarşılanmayıb.

Görəsən, başqa klubda eyni hal baş versəydi, məsələ necə həllini tapardı? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün "Səbail"in icraçı direktoru Fərəc Əliyevin fikrini öyrəndik:

"Kəpəz"in daxili işlərinə qarışa bilmərik. Odu ki, nə Tərlan müəllim, nə də Rauf Əliyev haqda fikir bildirməyəcəm. Amma bizdə hansısa intizamsızlıq baş verirsə, bunu kökünə kimi araşdırırıq. Aşkar intizamsızlıq edən, islah olmaq istəməyən futbolçu barədə baş məşqçi nə qərar verirsə, buna hörmət edərək onu icra edirik".


ABDULLA İSMAYILOĞLU