Gəncəli azarkeşlərin Rauf Əliyev - Tərlan Əhmədov qalmaqalına münasibəti

6.11.2022 18:34 838
Premyer-liqa / Manşet
Rauf Əliyev son açıqlamasında "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədovu onunla qərəzli davranmasını və "onun qarnın ağırısı başqadı" ifadəsiylə mütəxəssisi aşağlayıb.

Millimizin sabiq forvardı, ola bilsin, qış "transfer pəncərəsi" zamanı karyerasın bitirməyin mümkünlüyünü də vurğulayıb. "Football-plus.az" saytı olaraq futbolçu ilə baş məşqçi arasındakı nifaqla bağlı "Xəmsə" azarkeş qrupunun öncülərindən olan Müşfiq Məmmədovun fikirlərini öyrəndik:

"Bir azarkeş kimi baxanda, bu qarşıdurma kənardan heç də yaxşı görünmür. Ən azı hər ikisini birləşdirən "Kəpəz" amili var. Amma nə baş məşqçinin qərarına , nə də Raufun dediklərinə qarışmaq bizə düşməz. Şəxsi problem varsa belə, öz aralarında həll olunsa, daha yaxşı olar. Raufun karyerasını bitirməyinə gəlincə, ona ancaq uğur arzu edə bilərik".

ABDULLA İSMAYILOĞLU