Salah, Mendi, yoxsa Mane?

21.07.2022 19:35 332
Dünya futbolu
Afrika Futbol Konfederasiyası (AFK) 2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin son siyahısını açıqlayıb.

Yekun siyahıya Məhəmməd Salah (“Liverpul”, Misir), Eduar Mendi (“Çelsi”, Seneqal) və Sadio Mane (“Liverpul”/“Bavariya”, Seneqal) layiq bilinib.
İlin ən yaxşı komandası adı uğrunda mübarizə Burkina Faso, Misir, Kamerun, Mərakeş və Seneqal yığmaları arasında gedəcək.

Qaliblər AFK-nın texniki komitəsinin üzvləri, jurnalistlər, milli komandaların baş məşqçiləri və kapitanlarının səsverməsi ilə müəyyənləşəcək. Mükafatlandırma mərasimi bu gün Mərakeşin Rabat şəhərində keçiriləcək.