Mane Seneqal yığmasının yeni rekordçusudu

5.06.2022 15:59 457
Dünya futbolu
Sadio Mane Seneqal millisinin tarixinə düşüb.

“Liverpul”un hücumçusu Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Beninlə oyununda komandasının 3:1 hesablı qələbəsində böyük rol oynayıb. O, het-trik etməklə yığmanın ən yaxşı bombardiri olub. Milli formadakı qollarının sayını 32-yə çatdıran Mane bu göstərici ilə Anri Kamaranı (29) arxada qoyub.