Yokiç Çemberleni arxada qoydu

5.11.2022 16:53 387
İdman
“Denver”in mərkəz oyunçusu Nikola Yokiç “Oklahoma-Siti” ilə dünənki səfər oyununda tarixi tripl-dabla imza atdı.

Football-plus.az xəbər verir ki, serbiyalı ulduz 15 xal topladı, 13 ribaund etdi və 13 ötürmə verdi. Bu onun cari mövsümdəki 3-cü, karyerasındakı 79-cu tripl-dabl idi.

Yokiç əfsanəvi Uilt Çemberleni (78) arxada qoymaqla mərkəz oyunçuları arasında tripl-dablların sayına görə MBA rekordçusu oldu. MBA tarixinin tripl-dabl rekordçusu isə “Leykers”dən Rassell Uestbrukdu (194).