İtaliya çempionatının “Latsio” ilə oyunu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
“Milan”ın isveçli hücumçusu “Latsio”ya 2:1 hesabı ilə qalib gəldikləri matçın son dəqiqələrində qələbə qolunu vuran Sandro Tonaliyə ötürmə verib. İbrahimoviç bunu 40 yaş 6 ay 21 günlüyündə olarkən reallaşdırıb. O, bununla da A seriyasında 40 yaş 4 ay 23 günlüyündə qol ötürməsi verən “Roma”nın sabiq hücumçusu Françesko Tottinin rekordunu yeniləyib.