Avropa Liqasında hamını arxada qoydu

19.03.2022 22:50 394
Dünya futbolu
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.

UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda “Atalanta”nın oyunçusu Merih Dəmiral 1-ci yeri tutub. Türkiyə yığmasının müdafiəçisi Tomaş Souçek (Vest Hem), Pedri (Barselona) və Abel Ruisi (Braqa) qabaqlayıb. Qeyd edək ki, Merih 1/8 finalın “Bayer-04”lə cavab oyununda (1:0) komandasına qələbə gətirən qolunun ötürməsini vermişdi.