“Bavariya”da ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Münhen klubunun rəsmi saytının məlumatına görə, azarkeşlər arasında keçirilən sorğuda 26 faiz səslə Tomas Müller qalib gəlib. Qeyd edək ki, 33 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə iştirak etdiyi 45 matçda 13 qol vurub və 25 məhsuldar ötürmə edib.
Tomasdan sonrakı yerləri Camal Musiala (19 faiz) və Robert Levandovski (18 faiz) tutublar.