• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbail” rəhbərliyi Mahmud Qurbanova güvənir - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

4-11-2022, 22:0

Mövsümün əvvəlində baş məşqçisi dəyişən, büdcəsi artan, heyəti güclənən komandalardan biri də "Səbail" idi.

Buna rəğmən, Mahmud Qurbanov və yetirmələri etimadı doğrultmur. “Dənizçilər” uğursuz çıxışla azarkeşlərini üzməkdə davam edir. Bununla yanaşı, futbolçuların intizamsızlığı da diqqəti çəkir. “Səbail” cari mövsümdə qırmızı vərəqəyə ən çox tuş gələn komandadı. Bütün bunlarla bağlı klubun icraçı direktoru Fərəc Əliyevlə danışmağı lazım bildik.

- Azarkeşlər və futbol ictimaiyyəti cari mövsümdə daha iddialı, gözoxşayan oyunu ilə diqqəti çəkən "Səbail" görəcəyinə ümid edirdi. Amma əksi baş verir. Bunun səbəbi nədi?
- Ötən mövsümlə müqayisədə köklü dəyişikliklər etdik. Komandanın “sükanı arxasına” Mahmud Qurbanov gətirildi, bir çox futbolçu yola salındı, yeni transferlər etdik. Qısası, komandanı yenidən qurduq. Ölkə xaricində də təlim-məşq toplanışı keçdik. Amma komanda tam komplektləşmədən çempionata başladıq. Sadaladıqlarım çempionat oyunlarındakı nəticələrimizə təsirsiz ötüşmədi.

- Sadaladıqlarınız “Səbail”in özündən zəif komandalarla görüşlərdə xal itirməsinə haqq qazandırır?
- Təbii ki, haqq qazandırmır. Əslində komanda olaraq, oyun planında problem yoxdu. Çempionatda ən çox hücumda oynayan komandalardan biriyik. Hər qarşılaşmada çoxlu fürsəti dəyərləndirə bilmirik. Sanki şanssız komandayıq, bəxtimiz gətirmir. Son oynunu da hücumda keçirən, hesabı açmaq üçün alışıb-yanan biz idik. Sadəcə, Nihad Qurbanlının qırmızı vərəqə alması planlarımızı pozdu. Futbolçu meydandan qovulmasa, fərqli nəticə olacaqdı.

- Çempionatda ən çox qırmızı vərəqə alan futbolçular sizdədi. Hətta Tural Bayramlı artıq iki dəfə meydandan qovulub. Bu intizamsızlığın səbəbi nədi?
- İntizamsızlıq deməzdim. Mahmud Qurbanov kimi məşqçinin rəhbərlik etdiyi komandada intizamsızlıq ola bilməz. Sadəcə, görünür, futbolçular meydanda istəniləni verə bilmir.

- Mahmud Qurbanov "Kəpəz"lə oyunsonrası mətbuat konfransında dedi ki, “futbolçularımız arasında kobud və aqressiv oyunun fərqini bilməyənlər var, nə qədər izah etsək də, onlara bu fərqi aşılaya bilmirik". Sizə elə gəlmir ki, futbolçularla məşqçi arasında uçurum var və ya bəzi futbolçular intizamsızlıqla yanaşı, sanki bilərəkdən zəif çıxış edir?
- Baş məşqçimizin söylədiklərinə qoşuluram. Bəzi futbolçular tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir. Amma onlarla baş məşqçi arasında problemin, qarşıdurmanın olması mümkün deyil. Həmçinin hansısa futbolçunun təxribatla məşğul olması və ya bilərəkdən zəif oynaması halları klubumuzda yolverilməzdi. Ümumiyyətlə, belə xoşagəlməz hal yoxdu. Düşünürəm ki, bəzi futbolçular, o cümlədən qırmızı vərəqə alanlar həddən çox istəkli olduqlarına görə oyunları alınmır. Çünki məqlərdə olduqca istəklidilər.

- Legionerlərin əvəzedici komandaya göndərilməsini necə izah edərdiz?
- Bu vaxta kimi yalnız iki legioner – Luvaqa Kizito ilə Kardoso Fakundo əvəzedici heyətə göndərilib. Onlar zəif çıxışa görə bu aqibəti yaşayıb. Ümumiyyətlə, bizdə istər legioner, istərsə də yerli futbolçular olsun, zəif çıxış edirsə və ya oyun praktikasından əziyyət çəkirsə, dərhal "Səbail-2"yə göndərilir. Burda təəccüblü nəsə yoxdu.

- Mahmud Qurbanov 12 tur ərzində intizamsızlıq edən və zəif çıxışla yadda qalan futbolçuların cərimə olunacağını söyləyib. Buna münasibətiniz?
- Bizdə cərimə cəzası var. Ona görə də baş məşqçi bunu hansı futbolçuya şamil edəcəksə, onun qərarını təsdiq edəcəyik. Bu tək maddi yox, başqa cəzalara da aiddi.

- Mahmud Qurbanovun qışda komandadan göndəriləcəyi ilə bağlı iddialar var. Bu nə dərəcədə doğrudu?
- Biz Mahmud müəllimə və futbolçularımıza güvənirik. Ona görə də baş məşqçimizlə yolları ayırmaq fikrimiz yoxdu.

- Mövsüm ərəfəsində komandanın qarşısına hansı hədəf qoyulmuşdu və 12 turdan sonrakı məqsədiniz nədi?
- Yuxarıda qeyd etdiyimi kimi, komandanı yenidən qurduq. 6-7 ayın komandasıyıq. Qarşımıza çempion olmaq, ilk "4-lüy"ə düşmək, avrokuboka vəsiqə qazanmaq öhdəliyi qoyulmayıb. Əsas məqsəd döyüşkən, xarakterli, gözəl oyun sərgiləyən komanda formalaşdırmaq və yaxşı nəticələr qazanaraq maksimum irəli getməkdi.

- Sizcə, komanda bu gedişlə yaxşı nəticələr qazanacaq?
- Mən buna inanıram. Yuxarıda qeyd etdiyim kimi, oyun planında yaxşıyıq. Maksimum yaradıcı futbol oynayan, irəlidə qol axtarışında olan komandayıq. Bizim üçün də əsas sadaladıqlarımdı. Yaxşı oyun sərgiləyiriksə, gec-tez nəticələr gələcək. Hər qarşılaşmaya ciddi hazırlaşır, meydana baxımlı oyun sərgiləmək üçün çıxırıq. İnanıram ki, qarşıdakı turlarda gözəl oyunumuzla qələbələr qazanacağıq.

- "Səbail"in Mingəçeviri təmsil edəcəyi ilə bağlı fikirlər var. Bu nə dərəcədə realdı?
- Dediyinizi mətbuatdan oxumuşam. Bizim belə planımız yoxdu. "Səbail" olaraq, əsas məqsədimiz çempionat oyunlarında uğur qazanmaqdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

26-05-2022, 14:0

“Səbail”i Mahmud Qurbanov çalışdıracaq? – ÖZÜ AÇIQLADI

Ölkə futbolu / Manşet

7-06-2022, 14:0

“Səbail” toplanışa bu ölkəyə yollanacaq - ÖZƏL AÇIQLAMA

Premyer-liqa / Manşet

2-08-2022, 22:0

Mahmud Qurbanovu müdafiə xətti narahat edir - AÇIQLAMA

Premyer-liqa

27-05-2022, 18:0

Mahmud Qurbanovun köməkçisi məlumdu

Ölkə futbolu

28-05-2022, 15:0

Mahmud Qurbanov avrokuboklara vəsiqə qazanacağına söz vermədi

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Bu gün, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Bu gün, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Bu gün, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Bu gün, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Bu gün, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Bu gün, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Bu gün, 20:15
    Almaniyaya qayıtdı
  • Bu gün, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Bu gün, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Bu gün, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Bu gün, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Bu gün, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Bu gün, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Bu gün, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Bu gün, 16:12
    Hamını arxada qoydu
  • Bu gün, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Bu gün, 15:05
    "İmişli"dən yeni transfer
  • Bu gün, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Bu gün, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Bu gün, 13:27
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Bu gün, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 221
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 166
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə