“Səbail” toplanışa bu ölkəyə yollanacaq - ÖZƏL AÇIQLAMA

7.06.2022 14:49 1 219
Ölkə futbolu / Manşet
Yeni mövsümdə iddialı olacağı gözlənilən “Səbail” hazırlığı sürətlə davam etdirir.

Paytaxt təmsilçisinin təlim-məşq toplanışını keçirəcəyi məkan da böyük ölçüdə dəqiqləşib. “Dənizçilər” bu dəfə hazırlıq üçün ölkə xaricinə yollanacaq.
Bunu “Football-plus.az” saytına açıqlamsında klubun icraçı direktoru Fərəc Əliyev dedi. “Səbail” rəsmisi təlim-məşq toplanışı üçün Türkiyə və Gürcüstan arasında seçim edəcəklərini, qiymətləri nəzərdən keçirdiklərini bildirdi. Əliyev qərarın həftəiçi tam dəqiqləşəcəyini də qeyd etdi.

SƏNƏM FƏRHADOVA