Mahmud Qurbanovun köməkçisi məlumdu

27.05.2022 18:04 2 036
Premyer-liqa
“Səbail”in yeni mövsümdə Mahmud Qurbanovun rəhbərliyi altında çıxış edəcəyi məlumdu.

“Dənizçilər”in rəhbərliyi Aftandil Hacıyevlə yolları ayırandan sonra “Neftçi-2”nin sabiq baş məşqçisi ilə anlaşdığını ötən gün klubun saytı vasitəsi ilə ictimaiyyətə açıqladı. Bəs Qurbanovun məşqçilər korpusunda kimlər yer alacaq?

Bununla bağlı “Football-plus.az” saytına etibarlı mənbədən məlumat daxil olub. Mənbəmizin sözlərinə görə, Mahmud bəyin köməkçilərindən biri Zaur Ramazanov olacaq. Artıq onun da rəsmi müqaviləyə imza atdığı məlumdu.

RƏŞAD