“Bavariya” rekordlara doymur

4.11.2022 19:50 360
Çempionlar Liqası
''Bavariya'' ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə ÇL-də qrup mərhələsini xal itirmədən başa vurdu.

Football-plus.az xəbər verir ki, hər iki göstərici turnirin yeni rekordudu.

Münhenlilər daha iki göstəricidə bu turnirin özünə məxsus olan göstəricilərini yenilədi. Komanda həm qrup mərhələsində ardıcıl 34-cü oyunda uduzmadı (31 qələbə, 3 heç-heçə), həm də burda qələbə seriyasını 13 oyuna çatdırdı.

Həmçinin, 'Bavariya'' ÇL-də ardıcıl 22-ci ev oyununda qol vurdu. Bu isə turnirin yox, klubun şəxsi rekordudu.

Münhenlilər bu mövsüm rəsmi oyunlarda 71 qol vurub. Bu, ''böyük beşlik'' klubları arasında ən yaxşı göstəricidi.

Komandanın forvardı Çupo-Motinq ardıcıl 6-cı rəsmi oyunda qol vurdu. Bu matçlarda onun hesabında 7 qol, 3 məhsuldar ötürmə var.