“Bavariya”dan unikal göstərici

27.10.2022 23:10 382
Dünya futbolu
“Bavariya” Çempionlar Liqasının qrup mərhələsində qələbələri sıralamağa davam edir.

Almaniya klubu “Barselona”nı 3:0 hesabıyla məğlub edib. “Bavariya” ÇL-in qrup mərhələsində ardıcıl 12-ci qələbəsini qazanıb. Bu isə ən nüfuzlu klub turniri üçün yeni rekorddu. Münhenlilər qrup mərhələsində sonuncu dəfə 2020-ci ilin dekabrında “Atletiko”ya qalib gələ bilməyiblər – 1:1.