"Bavariya" maksimum göstərici ilə yeganə oldu

2.11.2022 11:52 370
Dünya futbolu
"Bavariya" Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "İnter"i 2:0 hesabı ilə məğlub edib.


"Football-plus.az" xəbər verir ki, Münhen klubu altı görüşün hamısında qalib gələrək qrupda maksimum xal toplayıb. "Bavariya" bununla da cari mövsüm bu nailiyyəti əldə edən yeganə klub oldu.

Qeyd edək ki, Almanita təmsilçisi ardıcıl ikinci mövsüm qrup mərhələsində keçirdiyi 6 oyunun hamısında qalib gəlməklə rekorda imza atıb.