''Qalatasaray''da mövsümə heç də inamlı başlamayan və əsas heyətə düşməkdə çətinlik çəkən Leroy Saneyə vətəni Almaniyadan xoş olmayan xəbər gəlib.
Bundestimin yeni baş məşqçisi Yürgen Klopp ən gec sabah Millətlər Liqasının matçları üçün yığmanın geniş heyətini açıqlamalıdı. Almaniya mətbuatının yazdığına inansaq, Saneyə hətta geniş heyətdə də yer tapılmayacaq. Kloppun komandasında ona yer olmayacağı bildirilir.
Yerli mənbələrin versiyasına görə, təcrübəli futbolçu belə desək, DÇ-2026-nın qurbanlarından birinə çevrilib. Sane son mundialda zəif təsir bağışladığından yığmanın qapıları onun üzünə bağlanıb.
Bundan başqa Leon Qoretska ilə Nik Voltemadenin də Klopp tərəfindən dəvət almayacağı iddia olunub.
Daha öncə ''Mançester Siti'' və ''Bavariya''da top qovan, ''Qalatasaray''da isə ikinci mövsümünü keçirən 30 yaşlı Sane indiyə qədər bundestimin heyətində iştirak etdiyi 80 qarşılaşmada 18 qol vurub.
Sane Kloppa lazım deyil
Dünya futbolu





