Məlum olduğu kimi, ötən mövsümü 7-ci yerdə başa vuran bölgə təmsilçisi cari "futbol ili"nə də uğursuz başlayıb. Komanda ilk üç matçın birində qələbə qazanıb, ikisində uduzub.
Ağır məğlubiyyətin səbəbini öyrənmək üçün "Şəki"nin direktoru Elgün Hüseynovla əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Əsas səbəblərdən biri komandanın məşq keçə bilməməsidi. MDB Oyunlarından sonra Şəki şəhər stadionundan istifadə edə bilmirik. Hazırda Gənclər və İdman Nazirliyi ilə danışıqlar aparırıq. Yaxın vaxtda stadiondakı çatışmazlıqları həll edib, oktyabrdan ev oyunlarını Şəkidə keçirməyi planlaşdırırıq. Odu ki, rəqiblərimizi Zaqatalada qəbul edirik. Belədə futbolçular məşq edə bilmir, oyun günü bir araya gəlir. Bu vəziyyətdə futbolçulardan həm fiziki, həm də taktiki baxımdan tam hazır komanda oyunu gözləmək çox çətindi. Bundan əlavə, son oyunda bir neçə əsas heyət üzvü müxtəlif səbəblərdən - biri hərbi təlimdədi, biri zədəlidi, birinin isə toyu idi - komandaya kömək edə bilmədi. Bu da onsuz da çətin olan vəziyyətə təsirsiz ötüşmədi".
Xatırladaq ki, hazırda "Şəki" 11-ci yerdədi.
KƏNAN BAHADIR






