AFFA Futbol Fitnesi C Sertifikat Proqramı başladı

16.09.2026 12:13 45
Ölkə futbolu
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində AFFA Fitnes C kursu başlayıb.

"Football-plus.az" xəbər verir ki, kursun açılışında AFFA-nın baş katibinin müavini Elçin Məmmədov iştirak edib. AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov iştirakçılara uğurlar arzulayıb.

Kursun məşğələlərini AFFA-nın fitnes üzrə mütəxəssisi Turcay Əhmədov keçir. Proqram futbol klublarında, akademiyalarda və futbolun inkişafı mühitində çalışan fitnes məşqçiləri, eləcə də bu istiqamətdə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub. AFFA Futbol Fitnesi C Sertifikat Proqramının əsas məqsədi iştirakçılara futbolçuların fiziki hazırlığı üzrə baza bilik və bacarıqları qazandırmaq, həmçinin onları UEFA Fitnes B təhsil yoluna hazırlamaqdı.

Kurs fasilələrlə noyabr ayınadək davam edəcək.