Fiqurlu konkisürmədə Azərbaycanı təmsil edən Veronika Jilina Qazaxıstanda keçiriləcək Denis Ten Memorialında iştirak edəcək.
"Football-plus.az" xəbər verir ki, 18 yaşlı idmançı “Challenger” seriyasına daxil olan beynəlxalq turnirin iştirakçıları sırasında yer alıb.
Jilina 2026-cı ilin yayında Rusiya idman vətəndaşlığını Azərbaycanla əvəz edib. Yevgeni Plyuşenkonun yetirməsi ötən həftə ilk dəfə beynəlxalq yarışda ölkəmizin bayrağı altında çıxış edib.
Onun debütü Yaponiyada keçirilən “Kinoshita Group Cup” turnirində baş tutub. Jilina yarışı 6-cı pillədə başa vurub.
Beləliklə, Denis Ten Memorialı Jilinanın yığmanın heyətində ikinci beynəlxalq yarışı olacaq.
Veronika Qazaxıstanda Azərbaycanı təmsil edəcək
İdman




