“Qəbələ”nin yeni baş məşqçisi məlum olub.
"Football-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya”ya rəhbərlik edib.
O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.
Bekiri 2024/25 mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olub.
Yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.
"Qəbələ"ni çempion məşqçi çalışdıracaq - RƏSMİ
Ölkə futbolu





