Simeone "Atletiko"da qalacaq

16.05.2022 20:07 671
Dünya futbolu
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone bu mövsümün sonu Madrid klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, argentinalı mütəxəssis klubda qalacağını deyib: "Atletiko" ilə müqaviləm 2024-cü ilin iyununda başa çatır. Söyləyəcək başqa bir şey yoxdur. Burada çalışmağa davam edəcəyəm".

Qeyd edək ki, Simeone 2011-ci ildən Madrid təmsilçisini çalışdırır.