İspaniya çempionatının “Elçe” ilə oyunu Dieqo Simeone üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, o, “Atletiko”nun baş məşqçisi kimi La Liqada 400-cü sınağını verib. Paytaxt komandası səfər matçında 2:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının növbəti mövsümündə iştirakını təmin edib.
Simeone “Atletiko”nun çalışdırıcısı kimi La Liqada 244-cü qələbəyə sevinib. Qalan oyunlardan 93-cü heç-heçə, 63-ü isə onun komandasının məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, argentinalı İspaniyanın ən yüksək liqasında bir klubu azı 400 oyuna çıxaran 3-cü mütəxəssisdi. Simeone bu planda “Real”ın sabiq çalışdırıcısı Migel Munyos (424) ilə “Atletiko”ya başçılıq etmiş Luis Araqonesdən (404) geri qalır.