Ronaldo yenidən La Liqada

18.07.2022 17:15 483
Dünya futbolu
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo karyerasını İspaniyada davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, 36 yaşlı hücumçu "Atletiko" ilə razılaşıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid klubunun baş məşqçisi Dieqo Simeone portuqaliyalı ulduz ilə əlaqə saxlayıb və onu komandaya keçməyə razı salıb.

Ronaldo daha əvvəl İspaniyada "Real"da çıxış edib.