Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət millimiz hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, U-20 oktyabrın 3-də Moldovanın, 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək olacaq.
U-20 millimiz hansı komandalarla qarşılaşacaq?
Ölkə futbolu






