Varan dünya çempionatını buraxacaq?

25.10.2022 19:52 343
Dünya futbolu
Premyer-liqanın “Çelsi” ilə oyununda (1:1) xəsarət alan Rafael Varanın son vəziyyəti açıqlanıb.

“Mançester Yunayted”in oyunçusunun bud nahiyəsində zədə aşkar edilib. Fransalı müdafiəçinin təxminən 3-4 həftə futbol oynaya bilməyəcəyi məlum olub. Amma Rafael noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında iştirak edə biləcək. Təbii ki, onun turnirə aparılmasına baş məşqçi Didye Deşam qərar verəcək.