Kante ilə Ceyms üçün məyusedici diaqnoz

18.10.2022 15:12 333
Dünya futbolu
“Çelsi”nin iki aparıcı oyunçusunun aqibətinə aydınlıq gəlib. Onlar zədə üzündən ilin ən nəhəng yarışını buraxacaqlar.

Football-plus.az xəbər verir ki, Fransa millisinin oyunçusu N’Qolo Kante Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsində iştirak etməyəcək. “The Athletic” qəzetinin yaydığı məlumatda 31 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu bildirilir. O, ən azı 3 ay oynaya bilməyəcək. Kante sonuncu dəfə yaşıl meydana avqustun 14-də çıxıb.

Ris Ceymsin son durumu da müəyyənləşib. İngiltərə yığmasının oyunçusu da noyabrın 20-də start götürəcək dünya çempionatında iştirak etməyəcək. 22 yaşlı müdafiəçinin dizindəki zədəyə görə ən azı 8 həftə oynaya bilməyəcəyi açıqlanıb. Ris Çempionlar Liqasının “Milan”la son oyununda (2:0) sıradan çıxmışdı.