“Hələ ki yekun cavab yoxdu. Onu ötən həftə məşq etdirdim, gələn həftə də korta çıxacağıq. Hədəfimiz odu ki, Rocer oynaya bilsin. Təkbaşına oynayacaq, yoxsa cütlük şəklində - hələ ki aydın deyil. O, komandada olmaq istəyir, oynamağa çalışır. Rocer diqqət mərkəzində olmaq istəmir, ancaq düşünürəm ki, publikanın reaksiyası bizi heyrətləndirə bilər”.
Xatırladaq ki, sentyabrın 15-də 41 yaşlı Federer ayın sonunda Londonda keçiriləcək Leyver Kubokundan sonra karyerasını bitirəcəyini elan edib. İsveçrəli ilə yanaşı, Avropa yığmasının tərkibinə Novak Cokoviç, Rafael Nadal, Endi Marrey, Stefanos Sisipas və Kasper Ruud da daxildi.
Bu arada ESPN “Real”ın yenidən qurulan stadionunda Rafael Nadalla Rocer Federerin görüşünü təşkil etmək niyyətində olmasıyla bağlı xəbər yayıb. “Santyaqo Bernabeu”nun bərpası gələn ilin yayında bitəcək.

