Nadal Federerə çatdı

19.03.2022 18:10 589
İdman
Açıq kortlarda 953-cü qələbəsini qazanan ispan tennisçi Rafael Nadal bu göstəricidə isveçrəli Rocer Federerə çatıb.

Siyahıda 3-cü yeri isə belə kortlarda 824 qələbəsi olan Novak Cokoviç tutur.

Nadal 953-cü qələbəsini dünən – İndian-Uells turniririn 1/4 final oyununda avstraliyalı Nik Kiryos üzərində qazanıb - 7:6 (7:0), 5:7, 6:4. 35 yaşlı ispan ulduz elə bu gün “Masters” seriyalı turnirin yarımfinalında Karlos Alkarası məğlub edəcəyi halda Federerin rekordunu yeniləyəcək.

Nadal “Böyük dəbilqə” turnirlərində gözlənilən qayda dəyişikliklərini də şərh edib. Bu seriyadan olan dörd turnirin təşkilatçılarının martın 16-da yaydığı birgə açıqlamada deyilir ki, həlledici setdə hesab 6:6 olarsa, 10 xala qədər tay-breyk tətbiq olunacaq:

“Düzünü desəm, bu qaydanın böyük əhəmiyyət daşıyacağını düşünmürəm. Bütün “Böyük dəbilqə” turnirlərində qaydaların eyni olacağını oxumuşam. Müəyyən mənada pozitiv addımdı. Bu qaydanın “Rolan Qarros”a təsiri olmayacaq. Mənə elə gəlir ki, “Uimbldon” turnirində özünü göstərəcək. Bəzən breyk etmək çox çətin olur, bu üzdən oyunlar çox uzun sürür. Düşünmürəm ki, “Rolan Qarros”da 22:20 tipli hesablar qeydə alına. “Uimbldon”da isə belə hal ola bilər”.


Xatırladaq ki, yeni qayda mayın 22-dən iyunun 5-nə qədər keçiriləcək “Rolan Qarros”da qüvvəyə minəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul