"Football-plus.az" xəbər verir ki, mütəxəssis sıx qrafikdən narazılıq edib:
“Futbol, futbol, futbol. Yeyin, yatın, yenə futbol. Sıx qrafikdəyik. Buna baxmayaraq, bunun bir sevinc olduğunu görürük. Eyni vaxtda 3 fərqli turnirdə yarışmağın nə demək olduğunu dərk etməliyik”.
“Frayburq” sabah Bundesliqanın 5-ci turunda “Bayer”in qonağı olacaq. Almaniya klubu 5 gün sonra isə Avropa Liqasında “Qarabağ”ı qəbul edəcək.



