"Qarabağ"ın rəqibi aşağı liqa təmsilçisi ilə qarşılaşacaq

5.09.2022 10:36 401
Dünya futbolu
Almaniya Kubokunda 2-ci raundun püşkü atılıb.

"Footbal-plus.az" xəbər verir ki, püşkdə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq"un da qarşılaşacağı komanda məlum olub.

Bundesliqa təmsilçisi bu raundda "Sankt-Pauli" ilə üz-üzə gələcək. "Sankt-Pauli" 2-ci Bundesliqada mübarizə aparır.

Kubok matçlarının keçirilmə vaxtı açıqlanmayıb.

"Frayburq" Avroliqanın qrup mərhələsinin ilk turunda sentyabrın 8-də "Qarabağ"ı qəbul edəcək.