Maraqlı oyunlardan biri MOİK-lə "Kəpəz-2" arasında baş tutub. Meydan sahiblərinin 2:1 hesabı ilə qələbə qazandığı matçda qonaqların baş məşqçisi Xaliq Mərdanovun oğlu Zahid Mərdanov diqqət mərkəzinə düşüb. Belə ki, gənc futbolçu həm avtoqol müəllifi olub, həm də komandasının təsəlli qolunu vurub.
Bununla bağlı Xaliq Mərdanovun fikrini öyrəndik. Təcrübəli mütəxəssisin “Football-plus.az” saytına açıqlaması belə oldu:
"Zahid oyuna pis qoşulmadı. Avtoqolu nəzərə almasaq, yaxşı oyun keçirdiyini düşünürəm. Amma üzərində hələ çox işləməlidi".
ABDULLA İSMAYILOĞLU





