Bir neçə gün əvvəl Xaliq Mərdanov "Kəpəz-2" baş məşqçisi təyin edildi.
"Football-plus.az" saytı olaraq Xaliq Mərdanovla əlaqə saxlayıb növbəti mövsümlə bağlı fikirlərini öyrəndik.
"Kəpəz"in əvəzedici heyətinin sükanı arxasına keçməyim Allahın qədəridi. Allahın izniylə vasitə olaraq mənə etimad göstərən insanlara dərin təşəkkürümü bildirirəm. Üzümüzə gələn mövsümdə 1-ci Diviziyonda çıxış etməkdə başlıca məqsədimiz əsas komandaya futbolçu yetişdirməkdi. Bunun üçün Gəncə və ətraf qəsəbə-kəndlərdə perspektivli uşaqları tapıb komandamıza cəlb etməkdi. Gələcəkdə büdcəmiz daha da yaxşılaşsa, seleksiya işlərimizi genişləndirərək digər bölgələrdən də perspektivli gəncləri komandamıza dəvət edəcəyik. İnşallah Gəncə futbolunu yenidən dircəldib güclülər sırasında olmaq arzusundayıq. Qarşımıza futbolçu yetişdirməyi əsas məqsdə qoymağımız o demək deyil ki, nəticə barədə düşünmürük. Yəni, meydan qorxaq futbol sərgiləmək, məğlub olmaq üçün çıxmayacağıq".
ABDULLA İSMAYILOĞLU