"Kəpəz"də yeni baş məşqçi

24.06.2022 11:15 705
Premyer-liqa
"Kəpəz"in əvəzedici komandasının baş məşqçi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu posta Xaliq Mərdanov gətirilib. Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Onunla bir illik müqavilə bağlanıb.

Qeyd edək ki, Xaliq Mərdanov 2015-2017-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb.