AFFA U-11 liqasında mübarizə aparan "Çərəkkə" komandasını cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
Bildirilib ki, 08.11.2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan "Çinar" (Göyçay) – "Çərəkə" (Göyçay) oyunu "Çərəkə"nin təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Bu hal "Çərəkə"nin iştirakı ilə üçüncü dəfə təkrarlandığı üçün komanda FFA U-11 Liqasından kənarlaşdırılıb.
Göyçay təmsilçisinin keçirdiyi oyunların nəticələri isə ləğv edilib.
AFFA oyuna gəlməyən komandanı liqadan kənarlaşdırdı
Ölkə futbolu





