Mahmud Qurbanov iki legioneri niyə əvəzedicilərə "sürgün edib"? - AÇIQLAMA

24.09.2022 22:09 463
Ölkə futbolu / Manşet
“Səbail”in 2 legioner futbolçusu əvəzedici komandaya göndərilib.

Bunlar Fakundo Kardozo və Luvaqa Kizitodu. Hər iki futbolçu baş məşqçi Mahmud Qurbanovun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.
Maraqlıdı, hazırlıq dönəmində heyətinə xeyli futbolçu cəlb edən “Səbail” indi onlardan ikisini niyə əvəzedici komandaya göndərib? Bu haqda məlumat almaq üçün klubun mətbuat katibi Sənəm Fərhadlı ilə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Bəli, Fakundo Kardozo və Luvaqa Kizito baş məşqçinin qərarı ilə əvəzedici heyətə göndərilib. Bunun səbəbini deyə bilmərəm. Qeyd etdiyim kimi, baş məşqçinin qərarıdı”.


ŞAİR ABDULLA