Yeni mövsümə hazırlığı sürətlə həyata keçirən klublardan biri də “Səbail”di.
Məlum olduğu kimi, komanda növbəti “futbol ili”ndən yeni baş məşqçi Mahmud Qurbanovun rəhbərliyi altında çıxış edəcək.
Lakin “dənizçilər”in əvəzedici komandasında hələ də baş məşqçi postu boşdu. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Elman Sultanov “Səbail-2"ni çalışdıra bilər. Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat katibi Sənəm Fərhadlı ilə əlaqə saxladıq. Amma yeni təyinat alan klub rəsmisi məsələ ilə bağlı məlumatsız olduğunu diqqətə çatdırdı.
ŞAİR ABDULLA