Bu barədə qəzetimizin ötən saylarından birinə açıqlamasında klubun idman direktoru İqor Ponomaryov məlumat verib. Bu isə o deməkdi ki, növbəti mövsüm 1-ci divizionda “Sabah-2”ni görməyəcəyik.
Əldə etdiyimiz məlumata görə, “tələbələr”in ardından daha iki klub “ikincilər”inin fəaliyyətini dayandıracaq. Bunlardan biri ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ”, digəri isə “Səbail”di. Xəbəri dəqiqləşdirmək üçün hər iki klubun rəsmiləri ilə əlaqə saxlamağı lazım bildik.
Sənəm Fərhadlı (“Səbail”in mətbuat katibi):
“Biz heç kimə belə məlumat verməmişik. Bu xəbər həqiqəti əks etdirmir. Yaxın günlərdə əvəzedicilərə yeni baş məşqçi təyin olunacaq”.
Anar Hacıyev (“Qəbələ”nin mətbuat katibi):
“Xeyr, “Qəbələ”nin əvəzedici heyəti ləğv edilmir. Bu məlumat əsassızdı”.
ŞAİR ABDULLA





