Buna səbəb isə onun məşqdə futbolçu və məşqçi heyətinə qarşı idmançıya yaraşmayan hərəkətlər etməsidi. Bu üzdən Tərlan Əhmədov Raufu əsas komandadan uzaqlaşdırıb.
Bundan sonra isə ən uyğun variant kimi Raufun əvəzedici heyətə yollanacağı gözlənilirdi. “Kəpəz-2”nin baş məşqçisi Xaliq Mərdanov da millinin sabiq hücumçusunun xidmətindən yararlanmaq istədiklərini, onun kimi təcrübəli futbolçuya ehtiyac olduğunu söyləmişdi. Odu ki, əvəzedicilərin ilk məşqindən sonra bir daha baş məşqçiylə əlaqə saxladıq. Lakin Mərdanov Əliyevin məşqə qatılmadığını söylədi. Məsələ ilə bağlı Raufla əlaqə saxlaya bilməsək də, mütəxəssis onun Bakıda olduğunu, məlum hadisədən sonra Gəncəyə qayıtmadığını dedi.
Bir neçə gündü Raufla danışmaq cəhdlərimiz nəticə vermir. Bunu nəzərə alıb “Kəpəz”in digər təcrübəli futbolçusu, onunla yaxşı münasibətdə olan Əfran İsmayılovla əlaqə saxladıq:
“Rauf burda məşq etmirdi deyə, Bakıya getdi. O da gözlədi ki, əvəzedici heyətin məşqi başlayanda gəlsin. Amma elə alındı ki, “Kəpəz-2” çempionat oyununa çıxdı. Ona görə də Rauf çatdıra bilmədi. Amma bundan sonra, əlbbətə, əvəzedicilərin məşqlərinə qatılacaq. Hazırda heyət istirahətdə olduğu üçün bura gəlməyə etiyac yoxdu. Yəqin Rauf buna görə hələ də Bakıdadı”.
ŞAİR ABDULLA





